BDU Elmi Şurasının növbəti iclası
08/07/2022
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası keçirilib.
Rektor Elçin Babayev gündəlikdə olan məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Tədris və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov iclasda 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası və Yekun Dövlət Attestasiyasının nəticələri barədə təqdimatla çıxış edib. İmtahan sessiyasının nəticələrinə əsasən, müvəffəqiyyət göstəricisi 74, keyfiyyət göstəricisi isə 35 faiz olub. Yaz imtahan sessiyasının nəticələri Elmi Şura üzvləri tərəfindən məqbul hesab edilib.
Daha sonra BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Rəfail Rüstəmovun hesabatı dinlənilib.
İclas cari məsələlərin müzakirəsi ilə davam edib.
Xəbərlər
BDU-da ilk dərs günündən 107 il ötür
BDU-da ilk dərs günündən 107 il ötür
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
