BDU Elmi Şurasının növbəti iclası keçirilib

28/12/2021

Bu gün Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti iclası keçirilib. İclasda 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi haqqında qərar qəbul edilib.

İmtahanlar Azərbaycan Respublikası təhsil nazirinin 2021-ci il 10 dekabr tarixli F-570 nömrəli əmrinə müvafiq olaraq 2022-ci il 5 yanvar tarixindən etibarən əyani formada təşkil ediləcək.

COVID-19 pandemiyasının mənfi təsirlərinin azaldılması, BDU-da imtahanlararası növbəliliyin gözlənilməsi, sıxlığın aradan qaldırılması məqsədilə:

- bakalavriat səviyyəsinin I kursunda təhsil alan tələbələr üçün humanitar fənn blokuna aid olan “Azərbaycan dilində işgüzar kommunikasiya” və “Xarici dildə işgüzar kommunikasiya” fənləri üzrə  imtahanların şifahi formada cədvəl üzrə müəyyən olunmuş günlərdə saat 14:00-18:00 aralığında təşkil ediləcək;

- II, III, IV kurslarda payız semestrində tədris olunan fənlərdən yalnız biri üzrə imtahanın şifahi formada, əvvəlcədən təyin olunmuş günlərdə saat 14:00-18:00 aralığında təşkil ediləcək. Bu fənlər fakültə Elmi Şuralarının qərarı ilə müəyyən ediləcək.

- Bakalavriat səviyyəsinin bütün kurslarında yazılı imtahanlar əvvəlcədən təyin olunmuş günlər üzrə saat 10:00-13:00 aralığında təşkil ediləcək.

Magistratura səviyyəsinin I və II kurslarında bütün imtahanların yazılı formada və əvvəlcədən təyin olunmuş günlər üzrə saat 14:00-18:00 aralığında təşkil olunacaq.

2021/2022-ci tədris ilinin payız semestrində onlayn və ənənəvi dərslərdə texniki səbəbdən, eləcə də xəstəliklə əlaqədar olaraq iştirak edə bilməyən tələbələrin müraciətlərinə onların  təqdim etdikləri sənədlərə uyğun olaraq fərdi qaydada baxılacaq.

Elmi Şuranın iclasında həmçinin BDU əməkdaşlarının əməkhaqlarının qaldırılması haqqında qərar qəbul edilib.

 

Xəbərlər

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı

Mənəvi kamillik, xeyirxahlıq, bərabərlik bayramı
20/03/2026

Təbiətin oyanış və birlik bayramı - Novruz

Təbiətin oyanış və birlik bayramı - Novruz
20/03/2026

BDU-da “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı məlumat sessiyası keçirilib

BDU-da “Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” adlı məlumat sessiyası keçirilib
19/03/2026