BDU Elmi Şurasının onlayn iclası keçirilib

03/02/2021

Bu gün Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının onlayn iclası keçirilib.

İclasda BDU-nun rektoru Elçin Babayev 2020-ci ildə BDU-nun fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Rektor Universitetin təhsil, elm, innovasiyalar, sosial məsələr, beynəlxalq əlaqələr və təsərrüfat sahələrində görülmüş işlər və perspektiv planlar, qarşıda duran vəzifələr barədə şura üzvlərini məlumatlandırıb.

2020-ci ildə BDU-da tədrisin təşkilində əldə olunan uğurlar, Universitet alimlərinin elmi nailiyyətləri, elmi-tədqiqatların nəticələri, keçirilmiş onlayn elmi konfrans, ustad dərsləri, elmi seminarlar, xarici universitetlərlə əməkdaşlıq, pandemiya dövründə Universitetin həyata keçirdiyi sosial layihələr, tələbə təşkilatlarının fəallığından bəhs edən rektor Vətən müharibəsi dövründə BDU alimlərinin informasiya cəbhəsində fəaliyyəti, BDU-nun həyata keçirdiyi akademik layihələr haqqında da ətraflı bəhs edib. BDU-da innovasiyaların dəstəklənməsi sahəsində fəaliyətin genişləndirilməsi, ikili diplom proqramları, BDU-nun beynəlxalq əməkdaşlıq və əlaqələri, tədris prosesinin elmi tədqiqatlar və istehsalatla əlaqələndirilməsi, elm və təhsilin sənayeyə inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, elmi işçilərin növbəti attestasiyadan keçirilmələri kimi məsələlərin də qarşıda duran vacib məsələlərdən olduğunu diqqətə çatdırıb.

Elmi Şurada həmçinin bir sıra vacib məsələlər də müzakirə olunub. 2021-ci ilin Azərbaycanda Nizami Gəncəvi ili elan olunması ilə əlaqədar BDU-da Tədbirlər Planının, Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi istiqamətində BDU-da Tədbirlər Planının hazırlanması, eləcə də Lütfi Zadənin 100 illik yubileyi ilə əlaqədar BDU-da keçiriləcək Tədbirlər Planının hazırlanması üçün komissiyaların yaradılması haqqında qərar qəbul edilib.

Elmi Şurada BDU büdcəsindən YAŞAT Fonduna 50 000, Qarabağ Dirçəliş Fonduna 100 000 manat məbləğində ianə edilməsi yekdilliklə qərara alınıb.

BDU-nun 2021-ci il üçün nəşr planı da müzakirə edilib.

Şura həmçinin Vətən müharibəsinin iştirakçısı olmuş alt qruplarda təhsil alan BDU tələbələrinin ödənişlərinin BDU büdcəsindən ödənilməsi haqqında da qərar qəbul edib.

 

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024