BDU Elmi Şurasının onlayn iclası keçirilib

08/07/2021

Bu gün Bakı Dövlət Universitetində 2020/2021-ci tədris ilində Elmi Şuranın son iclası keçirilib.

İclasda 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının nəticələri haqqında hesabat dinlənilib. BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov 2020/2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının və Yekun Dövlət Attestasiyasının nəticələri haqqında məruzə ilə çıxış edib. Hesabatda qeyd olunub ki, BDU-da onlayn keçirilən imtahan sessiyasında bakalavriat səviyyəsində təhsil alan 16132 (14805-i əyani, 101-i əlavə təhsil olmaqla) tələbə, magistratura səviyyəsində 868 magistrant imtahan verib. BDU-nun Qazax filialında isə imtahanlarda 1138 nəfər tələbə iştirak edib. Sonuncu kurs tələbələrindən 4826 nəfərin Yekun Dövlət Attestasiyası ÜOMG-yə uyğun qiymətləndirilib, 226 nəfər tələbə buraxılış işi müdafiə edib. 156 nəfər Universiteti fərqlənmə diplomu ilə bitirib. Sonra Apellyasiya Komissiyasının sədri Elşad Qurbanov komissiyanın fəaliyyəti haqqında hesabat verib. Qeyd edib ki, sessiya müddətində komissiyanın qaynar xəttinə 107 müraciət daxil olub və bütün müraciətlər operativ həll edilib.

Daha sonra 2020/2021-ci tədris ilinin yay semestrinin təşkili haqqında məlumat verilib, Hüquq fakültəsinin və BDU-nun nəzdində Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun 2020-ci il üzrə hesabatı dinlənilib. Şura üzvləri təqdim olunan hesabatlar haqqında fikir və rəylərini bildiriblər.

Elmi Şura cari məsələrin müzakirəsi ilə yekunlaşıb.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025