BDU “ERASMUS+ IQAinAR” layihəsinə qoşulub

09/10/2023

Bakı Dövlət Universiteti “ERASMUS+” proqramı üzrə həyata keçirilən IQAinAR layihəsinə assosiativ üzv olaraq qəbul edilib.

IQAinAR layihəsi tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin beynəlxalq keyfiyyət standartları ilə təkmilləşdirilməsi və inkişafını dəstəkləmək, habelə yerli, regional, milli siyasət və strategiyaların həyata keçirilməsi istiqamətində ali təhsil müəssisələrinin gücləndirilməsini dəstəkləmək məqsədi daşıyır.

Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin baş koordinatorluğu ilə icra olunan layihədə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfdaş qismində, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi isə assosiativ üzv kimi iştirak edir.

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026