BDU Çerkassı Milli Universiteti ilə müqavilə imzaladı

12/03/2016

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Bogdan Xmelnitski adına Çerkassı Milli Universitetinin rektoru, professor Çerevko Aleksandr Vladimiroviçlə görüşüb.

Rektorlar təmsil etdikləri ali məktəb haqqında danışıb, əməkdaşlıq məsələlərini müzakirə edib, bugünkü görüşün universitetlərarası əlaqələrin inkişafına təsirsiz ötüşməyəcəyinə əmin olduqlarını bildiriblər.

Görüşün və müzakirələrin nəticəsi olaraq Bakı Dövlət Universiteti ilə Bogdan Xmelnitski adına Çerkassı Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilələrdə elmi tədqiqatların aparılması, müəllim, doktorant və tələbələrin mübadiləsi, təcrübə və informasiya sahəsində birgə iş, müxtəlif mövzularda konfransların, seminarların keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlar universitetin Heydər Əliyev Muzeyi, Nanoaraşdırmalar və Tədris Elektron Mərkəzi ilə tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 12 mart 2016-cı il.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026