BDU Çexiyanın Karlova Universiteti ilə Erasmus mübadilə protokolu imzalayıb

17/02/2022

Bakı Dövlət Universiteti (BDU) ilə Çexiyanın Karlova Universiteti arasında Erasmus mübadilə protokolu imzalanıb.

Protokol tələbə, akademik və inzibati heyətin qarşılıqlı mübadiləsini nəzərdə tutur.

Protokolu BDU-nun Bilogiya fakültəsinin dekanı Afət Məmmədova və Çexiyanın Karlova Universitetinin İnkişaf və xarici əlaqələr üzrə dekan müavini Ales Soukup imzalayıb.

Əsası 1348-ci ildə qoyulmuş Karlova Universiteti Çex Respublikasının və dünyanın ən qədim universitetlərindən biridir. 45 000-dən çox tələbənin təhsil aldığı universitetin 17 fakültəsində müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Karlova  Universiteti QS WUR reytinqində 266-ci pillədədir.

Xəbərlər

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob

BDU-da şanlı Zəfərə həsr olunmuş fləşmob
07/11/2026