“BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi

29/07/2019

Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə “BDU fotolarda” adlı fotoşəkil müsabiqəsi elan edir.
Müsabiqənin şərtləri:
- Fotolar universiteti əks etdirməli, orijinal və məzmunlu olmalıdır;
- Fotolar aydın və keyfiyyətli olmalıdır;
- İştirakçılar müsabiqəyə ən çox 3 foto göndərə bilərlər;
- İnternetdə, saytlarda, həmçinin kitablarda  istifadə  edilmiş fotolar müsabiqədə iştirak etməyəcəkdir.

Fotolar 2019-cu ilin sentyabrın 30-na kimi press-service@bsu.edu.az ünvanına “mövzu” yerinə “foto-müsabiqəyə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillərə baxılmayacaqdır.
Müsabiqədə 1-ci, 2-ci və 3-cü yeri tutanlara mükafatlar və diplomlar,  fərqlənən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunacaq, ən yaxşı şəkillər müxtəlif sərgilərdə və kitablarda təqdim ediləcəkdir.


Mətbuat və informasiya şöbəsi, 29 iyul 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026