BDU Fransanın Lion-2 Universiteti ilə ikili diplom verəcək

24/06/2019

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev Fransanın Lion-2 Universitetində elmi ezamiyyətdə olub. Fransanın Lion-2 Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti professor Jim Walker və Hüquq fakültəsinin dekanı professor Giyoni Protyer ilə “Əqli mülkiyyət hüququ” magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı barədə BDU adından danışıqlar aparılıb. Görüş Lion-2 Universitetinin Hüquq fakültəsinin əqli mülkiyyət hüququ sahəsində tanınmış professor-müəllim heyəti ilə birgə geniş müzakirə şəraitində davam edib. Tədris prosesinin qarşılıqlı təşkili, tədrisin ingilis və fransız dillərində aparılması, tədrisə cəlb ediləcək professor-müəllim heyətinin seçilməsi, tədris üzrə məlumatların yayılması və hazırlıq işlərinə başlanılması, bu sahədə tədris planının hazırlanması və proqramlarının yazılması və maddi-texniki bazadan istifadə, stajkeçmələrin birgə təşkili kimi mühüm istiqamətlərdə müzakirələr aparılıb və konkret razılıqlar əldə edilib. Danışıqların və əvvəlcə imzalanmış Niyyət Protokolunun nəticəsi olaraq universitetlərarası birgə müqavilə imzalanacaqdır.

Qeyd edək ki, Fransanın Lion-2 Universitetinin Hüquq fakültəsi ilə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi arasında “Əqli mülkiyyət hüququ” magistratura ixtisaslaşması üzrə ikili diplom proqramının həyata keçirilməsi prosesinə Fransanın Azərbaycandakı səfirliyi böyük dəstək verir.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi də bu prosesdə aparıcı rol oynayır, tədrisin təşkilinə və stajkeçmələrə dəstək verir.

Xatırladaq ki, bu ilin yanvar ayında Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Fransanın Lion-2 Universitetinin Hüquq fakültəsinin dekanı Giyoni Protyerini qəbul edib, “Əqli mülkiyyət hüququ” üzrə birgə magistr proqramının təşkil olunmasını yüksək qiymətləndirərək layihənin Azərbaycan və Fransa arasında ikitərəfli əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirib.

Mətbuat və informasiya şöbəsi, 24 iyun 2019-cu il.

KİV-də yayımlananlar


Xəbərlər

BDU və Pekin Kimya Texnologiyası Universiteti “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalayıb

BDU və Pekin Kimya Texnologiyası Universiteti “Kimya” ixtisası üzrə ikili diplom proqramına dair müqavilə imzalayıb
21/04/2026

“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib

“Yüksəliş” müsabiqəsinin finalçısı olan BDU müəllimi qərarvermənin psixoloji aspektlərinə dair təlim keçib
21/04/2026

“Bayraktar Teknologiya Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir

“Bayraktar Teknologiya Azərbaycan” tələbələr üçün yay təcrübə proqramı elan edir
21/04/2026