BDU-da fransalı alimlə görüş keçirilib

22/09/2010

Fransa Beynəlxalq Münasibətlər İnstitutunun RAMSES proqramının rəhbəri, Paris Siyasi Elmlər İnstitutunun mühazirəçisi, keçmiş diplomat Filipp Moro Defarj Bakı Dövlət Universitetində olub. Qonaq öncə universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Elxan Hüseynov tərəfindən qəbul edilib. Görüşdə Fransa-Azərbaycan münasibətlərindən danışılıb, əsasən Azərbaycan dilinin bu ölkədə təbliği məsələsinə toxunulub.

Beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin iştirakı ilə davam edən görüşdə Fransa-Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və elmi sahələrdəki əlaqələrdən bəhs edilib, millətlərin müqəddəratının həlli məsələsi müzakirə edilib, Kosovo, Elzas və Lotaringiya, Kvebek, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tanınmış diplomatın «Geopolitikaya giriş» kitabının təqdimat mərasimi isə görüş iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanıb.

Filipp Moro Defarj tələbələri maraqlandıran çoxsaylı suallara cavab verib.

Sonda prorektor Elxan Hüseynov qonağa universitetin xatirə medalını və bukletini təqdim edib.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026