BDU futzal komandası ölkə çempionu oldu

06/12/2019

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 27 noyabr - 6 dekabr tarixləri arasında keçirilən ali məktəb tələbələri arasında futzal yarışı çərçivəsində BDU komandası ölkə çempionu olub.
Belə ki, qrup mərhələsində BDU Futzal Komandası Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Müsiqi Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti və Sumqayıt Dövlət Universitetinin komandaları ilə qarşılaşıb və qrup lideri olaraq 1/4 final mərhələsinə adlayıb.
BDU futzal Komandası 1/4 final mərhələsində Bakı Mühəndislik Akademiyası və yarımfinalda Gəncə Dövlət Universitetinin yığmaları ilə baş tutan oyunlarda qələbə qazanaraq finala yüksəlib və Azərbaycan Dövlət İqtisad Universiteti ilə final qarşılaşması baş tutub.
Final oyununda 4:2 hesabı ilə qalib gələn BDU futzal Komandası ölkə çepionu adını qazanıb. Digər oyunların nəticələrinə görə ikinci yerdə ADİU, üçüncü yerdə isə Azərbaycan Texniki Universitetinin komandası qərarlaşıb.
Qeyd edək ki, BDU futzal komandasının sponsoru BDU Tələbə Həmkarlar İttifaqı Komitəsidir.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026