BDU “Geosiyasət” ixtisaslaşması üzrə peşəkar kadrlar hazırlayacaq

15/07/2026

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində  magistratura səviyyəsində “Geosiyasət” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

“Geosiyasət” ixtisaslaşması beynəlxalq münasibətlər sistemində coğrafi, siyasi, iqtisadi və strateji amillərin rolunun öyrənilməsi, qlobal güc mərkəzləri arasında münasibətlərin təhlili və müasir geosiyasi proseslər üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib.

Tədris proqramı çərçivəsində magistrantlar klassik və müasir geosiyasi nəzəriyyələr, regional və qlobal güc balansı, enerji geosiyasəti, nəqliyyat dəhlizləri, geoiqtisadi proseslər, beynəlxalq münaqişələrin geosiyasi aspektləri, eləcə də strateji planlaşdırma istiqamətləri üzrə nəzəri bilik və praktik bacarıqlara yiyələnəcəklər.

İxtisaslaşmanın əsas məqsədi beynəlxalq prosesləri geosiyasi baxımdan qiymətləndirə bilən, strateji təhlillər aparan və qərarvermə proseslərinə elmi əsaslarla töhfə verən peşəkar mütəxəssislər yetişdirməkdir.

Proqramın məzunları dövlət qurumlarında, analitik mərkəzlərdə, beynəlxalq təşkilatlarda, tədqiqat institutlarında, media və konsaltinq şirkətlərində, həmçinin beynəlxalq münasibətlər və strateji araşdırmalar sahəsində fəaliyyət göstərən digər qurumlarda çalışa biləcəklər.

Yeni ixtisaslaşmanın geosiyasi araşdırmaların inkişafına, strateji təhlil potensialının gücləndirilməsinə və beynəlxalq münasibətlər sahəsində peşəkar kadr hazırlığının keyfiyyətinin artırılmasına mühüm töhfə verəcəyi gözlənilir.

 

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU tələbələri Zəfər muzeyində

BDU tələbələri Zəfər muzeyində
06/11/2026

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb

BDU-nun Astrofizika kafedrası bayram günləri üçün kosmik hava proqnozunu açıqlayıb
06/11/2026