BDU Gənc Tədqiqatçıların IV beynəlxalq elmi konfransında uğurla təmsil olunub

03/05/2016

Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş Gənc Tədqiqatçıların IV beynəlxalq elmi konfransı keçirilib. Konfransa Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, İngiltərə, Hindistan, İndoneziya, Almaniya, Özbəkistan və respublikanın, bütün ali təhsil müəssisələrindən yüzlərlə gənc tədqiqatçılar qatılıb.

Bakı Dövlət Universitetini filologiya fakültəsinin əməkdaşları (Pərvin Eyvazov, Anar Fərəcov, Ramil Bayramov, Gülnar Axundova, Xəyalə Əfəndiyeva, Yeganə Xanlarova, Ayşən Sadıqlı, Mərziyyə Qasımova, Rəbiyyə Rəsulova), sosial elmlər və psixologiya fakültəsinin I kurs tələbəsi Nuranə Hüseynli, Tarix fakültəsinin II kurs tələbəsi Aygün Bayramova, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Tahir Kərimli və  digərləri maraqlı elmi məruzələrlə çıxış ediblər.

Bundan əlavə, Bakı Dövlət Universiteti SABAH qruplarının tələbələri Aysel Ələkbərzadə (“XX əsrin 60-90-cı illərində Azərbaycan poeziyasında türkçülük”), Türkan İsmayılbəyli (“Xəlil Rza Ulutürk poeziyasında türkçülük ideyaları”), Xəyalə Kazımova (“Uşaq ədəbiyyatı, teatr və mənəvi tərbiyə məsələsinə dair”), Şəfa Əmirli (“Sonet lirik janr kimi”) maraqlı elmi məruzələri ilə universiteti layiqincə təmsil ediblər.

Sonda iştirakçılar təşkilat komitəsi tərəfindən sertifikatla mükafatlandırılıblar.

Mətbuat və informasiya şöbəsi, 03 may 2016-ci il.

Xəbərlər

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib

BDU-da "FUTURE17 Challenge" proqramının mentorları ilə ilkin görüş keçirilib
24/09/2026