BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

18/11/2026

Bakı Dövlət Universiteti (BDU) Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub.

Təhsil sərgisi “Study in Azerbaijan” layihəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə keçirilib.

Konfransda iştirak edən elm və təhsil nazirinin müavini İdris İsayev sərgi ilə tanış olub, BDU-nun stendinə baxış keçirib

Ziyarətçilərə Universitetin tədris imkanları, elmi-tədqiqat fəaliyyəti, sosial layihələri, eləcə də xarici universitetlərlə həyata keçirilən ikili diplom proqramları barədə ətraflı məlumat verilib. Universitetin fəaliyyətini və elmi nailiyyətlərini əks etdirən nəşrlər, elmi jurnallar, kitablar, qəzetlər, broşür və bukletlər sərgi iştirakçılarının marağına səbəb olub.

Sərginin əsas məqsədi Azərbaycan və Gürcüstan arasında təhsil və mədəniyyət əlaqələrini inkişaf etdirmək, tələbə mübadiləsini təşviq etmək və Azərbaycanda təhsil alan xarici tələbələrin sayının artırılmasına töhfə verməkdir.

 

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2026

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2026