BDU hansı beynəlxalq reytinq agentliklərində təmsil olunur?

22/07/2019

Bakı Dövlət Universiteti dünya universitetlərinin reytinqini tərtib edən bir neçə beynəlxalq reytinq agentliklərinin siyahısında yer tutur. İlk olaraq 2010-cu ildə “QS World University Rankings” reytinqinə daxil olan universitet həm bu qurum, həm də növbəti illərdə əməkdaşlıq etdiyi digər bir neçə agentliyin siyahısında müxtəlif yerlərdə qərarlaşıb.
“QS World University Rankings 2020”nin açıqlamasına görə, BDU dünyanın 20 min top universitetini araşdıran bu şirkətin siyahıya daxil etdiyi 1000 nüfuzlu universitet arasından seçilərək 801+ yerdə qərarlaşıb və ötən ildə olduğu kimi Azərbaycandan siyahıya düşən yeganə universitet olub.
“QS World University Rankings” agentliyinin Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq siyahısında isə BDU 2014-ci ildən təmsil olunur və 2019-cu ilin nəticələrinə əsasən bu siyahıda 142-ci yerdə qərarlaşaraq Azərbaycan ali təhsil müəssisələrinə başçılıq edir.
Bakı Dövlət Universiteti, eyni zamanda, 2010-cu ildən “University Ranking by Academic Performance: URAP”-ın siyahısında yer alır. Şirkətin 2018-2019-cu il nəticələrinə əsasən, BDU 2500 universitet arasında 2452-ci yerdədir.
2010-cu ildən başlayaraq dünyanın 30 minədək ali təhsil müəssisəsini əhatə edən  "Webometrics"in siyahısında da yer alan BDU 2019-cu ilin nəticələrinə əsasən, 3634-cü yeri tutur.
Universitetin təmsil olunduğu daha bir reytinq agentliyi "Round University Ranking"dir. BDU 2013-cü ildən etibarən bu reytinqə dünyanın ən yaxşı 750 universiteti ilə birlikdə daxil edilib və  2018-ci ilin nəticələrinə əsasən, bu qurumun siyahısında 686-cı yerdə qərarlaşıb.
Bundan əlavə, BDU 2014-cü ildə etibarən “U-Multirank” tərəfindən 96 ölkə üzrə 1700 universitet arasında dünyanın ən yaxşı 800 universiteti siyahısında daxil edilib.
Daha bir reytinq agentliyi - “Scimago İnstitutions Ranking” 2019-cu il nəticələrini açıqlayıb və Bakı Dövlət Universiteti bu reytinqdə də yer alaraq 817-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, beynəlxalq reytinq agentlikləri, əsasən, tədris, tədqiqat fəaliyyəti, akademik reputasiya, universitetdə məşhur professorların və Nobel mükafatı laureatlarının sayı, istinadların sayı, universitetdə xarici tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik, işəgötürənlərin rəyi və məzunların karyera potensialı, məzunların işlə təmin edilməsi kimi meyarlara diqqət verir.

Mətbuat və informasiya şöbəsi, 22 iyul 2019-cu il.

KİV-də yayımlananlar

Xəbərlər

Təhsil Tələbə Kredit Fondu BDU tələbələri üçün təlim keçirib

Təhsil Tələbə Kredit Fondu BDU tələbələri üçün təlim keçirib
29/11/2024

BDU-nun professoru Sevinc Hacıyevanın həmmüəllifliyi ilə “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “yaşıl” enerji” kitabı nəşr edilib

BDU-nun professoru Sevinc Hacıyevanın həmmüəllifliyi ilə “Qlobal ekoloji problemlər: Səbəblər, həlli yolları, “yaşıl” enerji” kitabı nəşr edilib
29/11/2024

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”
28/11/2024