BDU “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı tədbirdə təmsil olunub

08/05/2021

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Heydər Əliyev lektoriyasının “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” adlı növbəti məşğələsi keçirilib. İştirakçılar öncə müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin MEK-in foyesindəki büstünün önünə əklil qoyaraq dahi liderin əziz xatirəsini yad ediblər. Sonra MEK tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə hazırlanmış videoçarx izlənilib.

Tədbirdə AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktor müavini Kəmalə Sarıcalinskaya, ADA Universiteti Kitabxanasının direktoru Elçin Məmmədov, “Elm” nəşriyyatının direktoru Səbuhi Qəhrəmanov, Azərbaycan Dillər Universitetinin Elmi Kitabxana-informasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva cıxış ediblər. Tədbirdə Bakı Dövlət Universitetini (BDU) təmsil edən Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı və BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova çıxışlarında Ulu Öndər Heydər Əliyevin kitabxana-informasiya sahəsinə göstərdiyi diqqət və qayğıdan, müdrik rəhbərin bu sahənin inkişafındakı müstəsna rolundan danışıblar. Qeyd olunub ki, hazırda ölkə əhalisinin informasiya təminatının ödənilməsində mühüm rol oynayan Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin, AMEA-nın və  Həmkarlar İttifaqları təşkilatlarının kitabxana şəbəkələri məhz Ulu Öndərin Respublikamıza rəhbərliyinin birinci dövründə sistem kimi formalaşmışdır. Eyni zamanda diqqətə çatıdılıb ki, müstəqillik illərində də Ulu Öndər Heydər Əliyev bu sahənin inkişafına böyük töhfələr verib, məhz Ulu Öndərin təşəbbüsü ilə kitabxana-informasiya fəaliyyəti sahəsinin hüquqi bazası yaradılıb.

Çıxışlarda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində bu sahədə yüksəkixtisaslı kadrların hazırlandığı, yeni əsrin çağırışlarına uyğun elmi-tədqiqat işlərinin aparıldığı vurğulanıb, BDU-nun Elmi Kitabxanasının fəaliyyəti, son dövrlər kitabxanada aparılan islahatlar, qarşıya qoyulan hədəflər barədə məlumatlar diqqətə çatdırılıb.

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024