BDU HİK-in sədri Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının vitse-prezidenti seçilib

14/10/2017

Rusiyanın paytaxtı Moskvada Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 30-cu qurultayı keçirilib.  M.V. Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən qurultayın işində Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçi, AUHTA-nın prezidenti, professor İqoreviç Vladimir Kotlobovski, Rusiya Federasiyasının hökumət və dövlət nümayəndələri iştirak ediblər. Avrasiya məkanında yerləşən altı ölkənin 50-dək klassik universitetini özündə birləşdirən bu Assosiasiyada Azərbaycanı Bakı Dövlət Universiteti Həmkarlar təşkilatının sədri dosent Fikrət Şiriyev təmsil edib. Çıxış edən akademik V.A.Sadovniçi iclasın əhəmiyyətindən bəhs edib. Rektor Sadovniçi Universitetlər arasında elm-təhsil əlaqələrinin və sosial əməkdaşlığın möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dosent Fikrət Şiriyevə prezidenti olduğu Avrasiya Universitetlər Assosiasiyasının Təşəkkürnaməsini təqdim edib.

Daha sonra plenar iclasda çıxışlar dinlənilib. BDU HİK-in sədri Fikrət Şiriyev Azərbaycanda Elm və təhsilin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan, Rusiya-Azərbaycan elm-təhsil əlaqələri, Avrasiya məkanında regional inteqrasiyanın əhəmiyyəti və problemləri, həmçinin ölkəmizdə həmkarlar hərəkatı barədə məruzə edib.

Sonda qurultayda təşkilat məsələlərinə baxılıb. Bakı Dövlət Universiteti Həmkarlar təşkilatının sədri, dosent Fikrət Şiriyev Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının vitse-prezidenti seçilib.

Mətbuat və informasiya şöbəsi, 14 oktyabr 2017-ci il.

Xəbərlər

BDU-da keyfiyyət təminatı ilə bağlı silsilə təlimlərə start verilib

BDU-da keyfiyyət təminatı ilə bağlı silsilə təlimlərə start verilib
17/09/2025

Bakı Dövlət Universiteti "QS Biznes Magistr Proqramları Reytinqi"nə daxil olub

Bakı Dövlət Universiteti "QS Biznes Magistr Proqramları Reytinqi"nə daxil olub
17/09/2025

BDU-nun Astrofizika kafedrası: "Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək"

BDU-nun Astrofizika kafedrası: "Sentyabrın 21-də ilin ikinci Günəş tutulması baş verəcək"
16/09/2025