BDU ilə Almaniyanın Vürzburq Universiteti arasında əməkdaşlıq sazişi imzalandı

20/06/2011

Bakı Dövlət Universiteti ilə Almaniyanın Julius Maksimilian Vürzburq Universiteti arasında “Avropa hüquqi üzrə magistr” proqramının yaradılmasına dair əməkdaşlıq sazişi imzalanıb. Sazişi Almaniya tərəfindən Vürzburq Universitetinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları üzrə prorektor professor Eckhard Pache və Azərbaycan tərəfindən isə BDU-nun rektoru, akademik Abel Məhərrəmov imzalayıblar.

Avropa hüququnun son zamanlarda hüquq elminin ən dinamik inkişaf edən və prioritet təşkil edən istiqamətlərdən birinə çevrildiyini deyən rektor Abel Məhərrəmov bu əməkdaşlığın ölkəmiz üçün çox əhəmiyyətli olacağını qeyd edib.

Tədbirdə iştirak edən təhsil nazirinin köməkçisi Elmar Qasımov BDU-nun Hüquq fakültəsinin ölkəmizin ən məşhur hüquqçularını hazırladığını və layiq kadrların yetişdirilməsində illərdir lider mövqeyini saxladığını bildirib.

Almaniyalı qonaqlar, Beynəlxalq əlaqələr və informasiya texnologiyaları üzrə prorektor professor Eckhard Pache və Hüquq fakültəsinin dekanı professor Eric Hilgendrof BDU ilə tanış oluğb, Daxili İşlər naziri Ramil Usubovun sədrliyi ilə Hüquq fakültəsində keçirilən bakalavr pilləsi üzrə diplom işinin müdafiəsində iştirak ediblər.

Qeyd edək ki, “Avropa hüquqi üzrə magistr” proqram dörd semestr davam edəcək. Birinci təhsil ili (iki semestr) magistrantlar Bakıda alman dilini öyrəncək və Azərbaycanın magistr təhsilinə uyğun olaraq təhsillərini davam etdirəcəklər. Mühazirələr alman və azərbaycanlı müəllimlər tərəfindən deyiləcək. İkinci təhsil ilində (iki semestr) mühazirələr alman və azərbaycanlı müəllimləri tərəfindən deyiləcək, magistrantlara şəxsi hesablarına Almaniyanın Vürzburq Universitetində təhsillərini davam etdirmək və magistr dissertasiyasını hazırlamaq imkanı veriləcək.

Sonda magistrantlara ikili diplom - Vürzburq Universiteti və BDU-nun Hüquq fakültələrinin diplomu veriləcək.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsi, 20 iyun 2011-ci il. 

 

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025