BDU ilə Şamaxı Astrofizika Rəsədxanası növbəti birgə seminar keçirib

19/12/2019

19 dekabr tarixində Bakı Dövlət Universitetində (BDU) AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) ilə birgə Ümumuniversitet seminarı keçirilib.
BDU-nun rektoru Elçin Babayev seminarı giriş sözü ilə açaraq, artıq ənənə halını almış ümumuniversitet seminarlarının əhəmiyyətindən danışıb, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə BDU ilə ŞAR arasında əlaqələrin genişləndiyindən bəhs edib. ŞAR-da BDU-nun Astrofizika kafedrasının filialının fəaliyyət göstərdiyini deyən A.Kazımzadə hər iki müəssisənin tədqiqatçılarının birgə elmi işlər apardığına diqqət çəkib.
Sonra ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “Anizotrop kosmik plazmada dalğa turbulensiyası problemləri haqqında” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi heliosferin qlobal strukturu, Günəş küləyinin Yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranan problemlərin başa düşülməsində Günəş küləyinin xüsusiyyətlərinin tədqiqinin əhəmiyyəti haqqında geniş icmal təqdim edib. O, anizotrop Günəş küləyi üçün maqnithidrodinamik köçürmə tənliklərinin həllinin bəzi problemlərini qeyd edib.
Namiq Cəlilov seminarda Günəş küləyinin öyrənilməsində kosmik misiyaların fəaliyyəti haqqında da geniş məlumat təqdim edib. Belə ki, o, çıxışında Günəş tacının qızmasının dalğa mexanizminin geniş miqyaslı enerji mənbəyi kimi baxılan və Günəş tacının enerji balansında mühüm rol oynayan plazma dayanıqsızlıqları bağlı apardığı tədqiqatların nəticələri haqqında məlumat verib.
Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub
04/07/2025

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb

BDU rektoru T3 Fondunun Azərbaycan təmsilçisi və “Bilim Bakı”nın direktoru ilə görüşüb
04/07/2025

BDU-da “Code8 Hackathon” keçirilib

BDU-da “Code8 Hackathon” keçirilib
03/07/2025