BDU ilə ATGTİ əlaqələri genişləndirilir

09/06/2021

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev tərkibində 100 ali və orta ixtisas təhsili müəssisəsinin tələbə gənclər təşkilatını birləşdirən, Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli, İttifaqın üzv təşkilatlar və tələbə klubları ilə iş sektorunun rəhbəri, “Erasmus Tələbə Şəbəkəsi-Azərbaycan” İctimai Birliyinin sədri Orduxan Qəhrəmanzadə ilə görüşüb.

Görüşdə rektor E.Babayev 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində tələbə gənclərin xüsusi fəallıq göstərdiyini qeyd edərək tələbələrin vətənpərvərlik ruhunda yetişməsində tələbə gənclər təşkilatlarının da əhəmiyyətli rol oynadığını vurğulayıb. E.Babayev BDU-da Tələbə Gənclər Təşkilatının, eləcə də digər tələbə təşkilatlarının Universitetin ictimai həyatında yaxından iştirakı üçün yaradılmış şəraitdən bəhs edib. Görüşdə tələbələrin sosial fəaliyyətinin strategiyasında dəyişikliklər, tələbə-gənclər təşkilatları və tələbə klublarının fəaliyyətlərinin gücləndirilməsi, tələbələrlə əlaqələrin möhkəmləndirilməsi, gənclərin potensialının artırılması, beynəlxalq əməkdaşlığın və ölkə daxilindəki digər qurumlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılmasının vacibliyi bildirilib. Bunun üçün ölkənin ən böyük universitet tələbə gənclər təşkilatı – BDU TGT-nin təcrübəsi və imkanlarından istifadə olunması, təcrübəsinin digər ali məktəblərdə də tətbiq olunması qeyd olunub.

BDU-nun rektoru Elçin Babayev  tələbələrin özünüinkişafı və səmərəli sosial fəaliyyətinin təşkili üçün yaradılan struktur bölmələri haqqında söz açıb, ali məktəblər arasında ilk dəfə BDU-da yaradılan Humanitar məsələlər və gənclər siyasəti şöbəsi, Tələbə Elmi Yaradıcılıq Mərkəzi, Psixoloji Yardım Sektorunun tələbələrin inkişafına verdiyi töhfələrdən bəhs edib .

ATGTİ sədri Pərviz Mirələmli görüş zamanı ölkədə gənclər hərəkatında tələbə gənclər təşkilatlarının fəaliyyəti haqqında söz açıb. BDU TGT-nin aktiv fəaliyyət göstərdiyini, ATGTİ-nin fəaliyyətində yaxından iştirak etdiyini bildirib.

ATGT-nin ali məktəblərdə təhsilin inkişafına kömək göstərmək, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial-iqtisadi həyatında tələbə gənclərin fəal iştirakının təmin edilməsi istiqamətində həyata keçirilən layihələrində BDU TGT-nin fəal iştirakını vurğulayıb.

Sonda gənclər arasında mobillik və sosial ünsiyyətin genişləndirilməsi sahəsində birgə əməkdaşlıq, layihələrin həyata keçirilməsi, qrant proqramlarında birgə iştirak sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024