BDU ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

20/12/2024

Bakı Dövlət Universiteti (BDU) ilə Bişkek Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Bişkek Dövlət Universitetinin rektoru Abdılda Musayev imzalayıblar.

Bu memorandum tərəflər arasında təhsil və elm sahələrində əməkdaşlığın əsasını formalaşdıracaq. Sənəd çərçivəsində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.

Bişkek Dövlət Universiteti ilə imzalanan memorandum BDU-nun beynəlxalq əlaqələrini genişləndirmək və universitetin qlobal nüfuzunu artırmaq məqsədilə atdığı mühüm addımlardan biridir. Bu əməkdaşlıq universitetlərin regionlararası elmi və mədəni inteqrasiyasını gücləndirərək, tərəflərin qarşılıqlı faydalı inkişafını təmin edəcək.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026