BDU ilə Brest Dövlət Texniki Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb

12/03/2018

Bakı Dövlət Universiteti və Belarus Respublikasının A.S.Puşkin adına Brest Dövlət Texniki Universiteti arasında elmi əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb.

Sazişə əsasən magistr-doktorant proqramı çərçivəsində elmi istiqamətdə və elmi-tədqiqat işlərinin yerinə yetirilməsində ikitərəfli qarşılıqlı əməkdaşlıq, elmi əsərlərin reytinqli nəşrlərdə dərc olunması nəzərdə tutulub.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsi ilə əlaqəli olan proqramdan yararlanan tədqiqatçılar gələcəkdə ətraf mühitin mühafizəsi üzrə mühəndis –ekoloq  ixtisaslarına yiyələnəcəklər.

Mətbuat və İnformasiya şöbəsi, 12 mart 2018-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026