BDU ilə British Council arasında Anlaşma Memorandumu imzalanıb

09/03/2011

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov British Council-un rəhbəri Paul Klementonla görüşüb. Görüşün əsas məqsədi BDU ilə British Counsil arasında Anlaşma Memorandumunun imzalanması olub. Ötən ilin dekabr ayında tərəflər arasında keçirilən görüşdən sonra əməkdaşlıq konturlarının əldə olunması istiqamətində səylər müsbət qiymətləndirilib. Rektor Abel Məhərrəmov və Paul Klementon böyük və faydalı işə başlandığını, bunun uğurlu nəticələr verəcəyinə əminlik ifadə ediblər.

Sonra imzalanma mərasimi olub. Məlum olub ki, memorandumun məqsədi British Council-un Ali Təhsilin Beynəlmiləlləşdirilməsi layihəsi sahəsində fəaliyyətlərin koordinasiyası və davamlı əməkdaşlıq üçün çərçivə müəyyən etməkdən ibarətdir. Ali Təhsilin Beynəlmiləlləşdirilməsi British Council-un ali təhsil sahəsində həyata keçirdiyi bir proqramdır. Əsas məqsəd ali təhsil sahəsində qlobal əməkdaşlıq, yəni ali təhsilin müxtəlif aspektlərinin, keyfiyyət təminatı, ölkələrarası təhsil, sahibkarlıq və müəssisələr, ötürülə bilən bacarıqlar və səriştənin inkişafıdır. Memorandumda təhsil sistemində mühüm aspektlərin inkişaf etdirilməsi üçün British Council-un dəstəyi ilə BDU ilə Birləşmiş Krallığın müvafiq ali təhsil müəssisələri arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur ki, buraya elmi işçilər, fakültə heyəti və müəllim heyətinin mübadiləsi də daxil ola bilər.

Memorandumda, eyni zamanda, ingilis dili müəllimlərinin ingilis dili biliklərinin təkmilləşdirilməsi və qeyri-ingilis dilini tədris edən müəllimlərin ingilis dili səviyyəsinin artırılması da nəzərdə tutulur.

Mətbuat və İnformasiya şöbəsi, 09 mart 2011-ci il.

 

Xəbərlər

BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri və urbanizasiya” mövzusunda görüş

BDU-da “Dayanıqlı İnkişaf Məqsədləri və urbanizasiya” mövzusunda görüş
12/03/2026

BDU tələbələri palçıq vulkanlarının fəaliyyətinin seysmoloji aspektləri ilə tanış olublar

BDU tələbələri palçıq vulkanlarının fəaliyyətinin seysmoloji aspektləri ilə tanış olublar
12/03/2026

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub

BDU-da tarix elminin qarşısında duran əsas vəzifələr müzakirə olunub
11/03/2026