BDU ilə Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə edilib

10/03/2021

Bakı Dövlət Universitetində (BDU) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə iki qurum arasında əlaqələrin gücləndirilməsi və vergi hüququ üzrə mütəxəssislərin hazırlanması sahəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib. Tədbirdə DVX-nin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov bildirib ki, vergi sisteminin müasir dövrün tələblərinə uyğun şəkildə inkişafına, bu istiqamətdə dövlət, habelə biznes subyektləri üçün faydalı olan müxtəlif layihələrin həyata keçirilməsi işlərinə xüsusi diqqət yetirilir. Qeyd olunub ki, ölkənin nüfuzlu elm-tədris müəssisəsi olan Bakı Dövlət Universiteti ilə sıx münasibətlərin qurulması və bir sıra layihələrin hazırlanması istiqamətində də işlər görülür. Qarşılıqlı əməkdaşlıq və resursların birləşdirilməsi sayəsində birgə görülməsi mümkün olan işlər üzrə Tədbirlər Planının ilkin layihəsi və onun müvafiq əsaslandırılması hazırlanıb.

BDU-nun rektoru Elçin Babayev ikitərəfli əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib, qeyd edilən Tədbirlər Planında nəzərdə tutulan istiqamətlər üzrə müzakirələrin keçirilməsini məqsədəmüvafiq hesab edib.

Əməkdaşlıq çərçivəsində dövlət vergi orqanlarında və əmək münasibətləri bazarında vergi hüququ sahəsi üzrə ixtisaslı kadrlara olan ehtiyacların təmin edilməsi məqsədilə birgə kadr hazırlığı həyata keçiriləcək.

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026