BDU ilə Çinin Şimal-Şərqi Neft Universiteti arasında əməkdaşlıq əlaqələri müzakirə edilib

06/12/2019

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Çinin Şimal-Şərqi Neft Universitetinin rektoru, professor Jiang Minghunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Universitetdə tədris olunan ixtisaslar, beynəlxalq proqramlar, xarici universitetlər ilə əməkdaşlıq əlaqələri  və "ikili diplom" haqqında məlumat verən rektor E.Babayev BDU-nun Çin universitetləri ilə ikitərəfli əlaqələrin qurulmasında və genişləndirilməsində maraqlı olduğunu deyib.

Qəbula və səmimi görüşə görə təşəkkür edən rektor J.Minghu təmsil etdiyi universitet haqqında ümumi məlumat verərək aparıcı sahələrin neft və kimya ixtisasları üzrə olduğunu qeyd edib. J.Minghu həmin ixtisaslarla əlaqəli sahələr üzrə tələbə və müəllim mübadiləsinin hər iki tərəf üçün müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirib. O, həmçinin Bakı Dövlət Universiteti ilə davamlı əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.

Sonda ikitərəfli əlaqələrin qurulması istiqamətində ilkin razılıq əldə olunub.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026