BDU ilə Küveyt universitetləri arasında ikitərəfli əlaqələr genişlənir

25/12/2020

Azərbaycanın çoxşaxəli xarici əlaqələrində, o cümlədən mədəniyyət, elm və təhsil sahəsində münasibətlərdə ərəb ölkələri ilə əməkdaşlıq mühüm yer tutur. Bu xüsusda ölkəmizlə Küveyt dövləti arasında münasibətlər son dövrlər inkişaf etməkdədir. Bakı Dövlət Universiteti (BDU) və Küveyt Dövlətinin Azərbaycandakı səfirliyi ilə birgə elm və təhsil sahəsində birgə layihələr həyata keçirilir.

BDU ilə Azərbaycanın Küveytdəki səfirliyinin birgə əməkdaşlığı nəticəsində Şərqşünaslıq fakültəsinin Tərcümə (ərəb dili) ixtisasının IV kurs tələbəsi Neymət Məmmədov Küveyt Universitetinin Dillər Mərkəzinin ərəb dili təlimlərini müvəffəqiyyətlə başa vurub.

Küveyt Universitetinin Dillər Mərkəzində təhsil alan Neymət Məmmədov ölkəmizi və BDU-nu xarici ölkə tələbələri arasında təmsil edib.

O, Küveytdə ölkəmiz haqqında dolğun məlumatın yerli ictimaiyyətə çatdırılması işində fəallıq göstərib, Azərbaycanın Küveytdəki səfirliyinin tədbirlərində, ölkəmizin əlamətdar günlərində faktiv iştirak edib, ictimai təşəbbüskarlığı ilə seçilib.

Qeyd edək ki, Neymət Məmmədov Şərqşünaslıq fakültəsində təhsil aldığı müddətdə də ümumi orta müvəffəqqiyyət göstəricisi yüksək olub, sosial fəallığı ilə seçilib.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026