BDU ilə NETZSCH qrupu arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

18/05/2011

Bu gün Bakı Dövlət Universitetində YUNESKO-nun dəstəyi ilə 2011-ci il BMT tərəfindən elan edilmiş «Kimya ili» çərçivəsində Almaniyanın NETZSCH (Neç) qrupu və həmin qrupa daxil olan “Wesemann İnternetional” (Vezerman) Məhdud Məsuliyyətli Cəmiyyətin istehsal etdiyi cihazlarla tanışlıq məqsədilə seminar keçirilmişdir.

Seminarın açılışında çıxış edən rektor, akademik Abel Məhərrəmov YUNESKO-nun «Kimya ili» çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən danışıb. Rektor Netzsch (Neç) ailəsinə daxil olan NETZSCH (Neç) qrupu və bu qrupa daxil olan firmaların təkcə Almaniyada deyil, bütün dünyada istehsal etdiyi malların keyfiyyətinə və səmərəliyinə görə öz əhəmiyyətli yerini həmişə qorumasına diqqət çəkib. Bildirib ki, qrupa daxil olan firmalar tərəfindən istehsal olunan termiki analiz cihazları keyfiyyətə nəzarət və elmi-tədqiqat işlərində, xüsusilə polimer, neft və kimya sənayesində, qeyri-üzvi və tikinti materialları sahəsində, ətraf mühit kimyasında, bərk maddələrin, sulu məhlulların termofiziki xassələrin öyrənilməsi istiqamətlərində yüksək müvəffəqiyyətlə istifadə olunur.

Daha sonra NETZSCH-ın (Neç) Şərqi Avropa üzrə satış meneceri Lex Gersiq, qrupa daxil olan “Wesemann İnternetional” (Vezerman) Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Valentin Fişer, NETZSCH-in (Neç) Azərbaycan təmsilçisi Gülçin Abbaszadə çıxış edərək qrupun istehsal etdiyi malların keyfiyyətindən, qrupa daxil olan firmaların istehsal etdiyi cihazlara olan maraqdan bəhs ediblər.

Qeyd edək ki, seminar iştirakçıları Bakı Dövlət Universiteti kimya fakültəsində olub, bu qrupun və ona daxil olan firmaların isehsalı olan STA-449 F3 Yupiter kütlə – spektrometrlə birləşdirilmiş derivatoqrafın işə salınmasında iştirak edib, onun iş prinsipi ilə tanış olublar.

Sonda onu da qeyd edək ki, seminarda BDU ilə NETZSCH qrupu arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Mətbuatvəİnformasiyaşöbəsi, 18 may 2011-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024