BDU ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb

02/03/2026

Bakı Dövlət Universiteti (BDU) ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Pekin Kimya Texnologiyaları Universitetinin prezidenti Tan Tianvei imzalayıblar.

Memorandumda hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfransların, sərgilərin, seminar və simpoziumların, qısamüddətli kurs və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Sənəddə elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planları və sillabusların hazırlanması, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də öz əksini tapıb.

Qeyd edək ki, əsası 1958-ci ildə qoyulmuş Pekin Kimya Texnologiyaları Universiteti Çinin nüfuzlu ali təhsil müəssisələrindən biridir və 2026-cı il üzrə “QS Dünya Universitetləri Reytinqi”ndə 697-ci pillədə qərarlaşıb.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026