BDU ilə Qazaxıstanın Jetısu Dövlət Universiteti arasında əlaqələr müzakirə olunub
05/08/2022
Qazaxıstanın İlyas Jansuqurov adına Jetısu Dövlət Universitetinin prorektoru Tokseit Dias Esbayuli Bakı Dövlət Universitetinin (BDU) qonağı olub. Görüşdə iştirak edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov son illər ölkəmizdə təhsilin və elmin inkişafından, o cümlədən BDU-nun fəaliyyəti və beynəlxalq əlaqələrindən, türkdilli ölkələrin universitetləri ilə əməkdaşlıqdan bəhs edib.
Tokseit Dias Esbayuli ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişaf etdiyini söyləyib. Təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək, görüşün məqsədi sırasında elm, təhsil və innovativ texnologiyalar sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Qarşılıqlı müzakirə formatında keçirilən görüşdə BDU ilə Jetısu Dövlət Universiteti arasında elm-təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Türk dünyası universitetlərinin əməkdaşlığının genişləndirilməsi, perspektivləri müzakirə olunub.
Xəbərlər
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
BDU-nun 7 tələbəsi Çinin Anhui Universitetində ikili diplom proqramı əsasında təhsil alacaq
BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu fərqlənmə diplomu ilə bitirib
2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu fərqlənmə diplomu ilə bitirib
