BDU ilə Qazaxıstanın Süleyman Dəmirəl Universiteti arasında anlaşma memorandumu imzalanıb

06/02/2025

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstan Respublikasının Süleyman Dəmirəl Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Qazaxıstanın Süleyman Dəmirəl Universitetinin rektoru Alimjan İgenbayev imzalayıb.

Anlaşma memorandumu akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafını, elmi-tədqiqat işlərində əməkdaşlıq kimi məqamları özündə əks etdirir. Memorandum çərçivəsində birgə konfrans, seminar, simpoziumların keçirilməsi, elmi jurnallarda məqalələrin çap edilməsi, ortaq tədqiqat layihələri, mədəni proqramların təşkili, tələbə, tədqiqatçıların, akademik və inzibati heyətin mübadiləsi kimi məsələlər nəzərdə tutulub.

Qeyd edək ki, Qazaxıstanın Süleyman Dəmirəl Universitetinin əsası 1996-cı ildə qoyulub. 4 fakütənin fəaliyyət göstərdiyi universitetdə 9000-ə yaxın tələbə təhsil alır.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026