BDU ilə Qlazov Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

23/02/2022

Bakı Dövlət Universiteti (BDU) ilə Rusiya Federasiyasının Udmurtiya Respublikasının Qlazov Dövlət Pedaqoji İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Qlazov Dövlət Pedaqoji İnstitutunun rektoru Yanina Çiqovskaya-Nazarova imzalayıb.

Müqavilənin məqsədi tərəflər arasında təhsil və elmi tədqiqatlar sahəsində əməkdaşlığı inkişaf etdirməkdir. Müqaviləyə əsasən, tərəflər arasında qısamüddətli və uzunmüddətli peşəkar təcrübə məqsədi ilə akademik mübadilə, qarşılıqlı maraq doğuran sahələrdə yüksəkixtisaslı elmi-pedaqoji kadrların və mütəxəssislərin hazırlanması, yenidənhazırlıq və ixtisasartırma, ikili diplom üzrə təhsil proqramların hazırlanması həyata keçiriləcək. Əməkdaşlıq müqaviləsi həmçinin ali məktəblərin professor-müəllim heyətləri tərəfindən qarşılıqlı mühazirələrin və ustad dərslərinin keçirilməsi, birgə elmi və elmi-texniki tədqiqatların aparılması, mövcud təhsil proqramları çərçivəsində qrantların alınması üçün birgə müraciətlərin hazırlanmasını və s. nəzərdə tutur.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026