BDU ilə Qırğız Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
17/12/2024
Bakı Dövlət Universiteti (BDU) ilə Qırğız Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq müqaviləsini BDU-nun rektoru Elçin Babayev və Qırğız Milli Universitetinin rektoru Doqdurbek Çontoyev imzalayıb.
Müqavilə çərçivəsində tərəflər birgə tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili, ortaq elmi seminar və konfransların keçirilməsi istiqamətində əməkdaşlıq etməyi planlaşdırır.
Bu müqavilə BDU-nun beynəlxalq əlaqələrini genişləndirmək istiqamətində atdığı növbəti mühüm addımlardan biridir və Universitetin akademik nüfuzunun artırılmasına öz töhfəsini verəcək.
Xəbərlər
BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
