BDU ilə Qırğız İqtisad Universiteti arasında anlaşma memorandumu imzalanıb

23/12/2024

Bakı Dövlət Universiteti (BDU) ilə Qırğız İqtisad Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu BDU-nun rektoru Elçin Babayev və Qırğız İqtisad Universitetinin rektoru Almaz Kadyraliev imzalayıblar.

Memorandum çərçivəsində təhsil və elm sahələrində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.

Qırğız İqtisad Universiteti ilə imzalanan memorandum BDU-nun beynəlxalq əlaqələrini genişləndirmək və universitetin qlobal nüfuzunu artırmaq məqsədilə atdığı mühüm addımlardan biridir. Bu əməkdaşlıq universitetlərin regionlararası elmi və mədəni inteqrasiyasını gücləndirərək, tərəflərin qarşılıqlı faydalı inkişafını təmin edəcək.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdləri Respublika Fənn Müsabiqələrində 8 medal qazanıb
19/06/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Alikamal Həsənin JBMO 2026-da möhtəşəm uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdi Alikamal Həsənin JBMO 2026-da möhtəşəm uğuru
19/06/2026

BDU-nun əməkdaşı və tələbəsi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olub

BDU-nun əməkdaşı və tələbəsi “İnnovasiya və Süni İntellekt” üzrə Təqaüd Proqramının qalibi olub
19/06/2026