BDU ilə QS arasında müqavilə imzalanıb

17/09/2024

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubovla görüşüb.

Görüşdə rektor son illərdə BDU-nun rəqabətqabiliyyətliliyinin artırılması istiqamətində görülmüş işlərə və qarşıda duran hədəflərə dair geniş məlumat verib.

QS-in regional direktoru Sergey Xristolyubov rektor Elçin Babayevi BDU-nun böyük uğura imza atmaqla “QS World University Rankings 2025”də 179 pillə irəliləyərək, 951-1000 aralığında qərarlaşması və ölkədə lider mövqeyinə yüksəlməsi münasibəti ilə təbrik edib. Eləcə də BDU-nun “QS Avropa 2025” reytinqində ötən illə müqayisədə 78 pillə irəliləyərək, 336-cı mövqeyə yüksəlməsi, “QS Qərbi Asiya 2025” reytinq siyahısında 4 pillə irəliləyərək, 93 universitet arasında 15-ci mövqedə qərarlaşması ilə böyük uğura imza atdığını vurğulayıb.

Görüşün sonunda BDU ilə QS arasında “QS Stars” reytinq qiymətləndirilməsinə qoşulmaq, eləcə də QS-in reputasiya sorğularının analitik məlumat bazasına çıxış əldə etmək məqsədi ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Məlumat üçün bildirək ki, “QS Stars” beynəlxalq səviyyədə tanınmış keyfiyyət nişanıdır.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026