BDU ilə Qətər Universiteti arasında əməkdaşlığa dair onlayn görüş

11/03/2021

Bu gün Bakı Dövlət Universiteti (BDU) ilə Qətər Universiteti arasında onlayn görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Qətərdə fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov, səfirliyin əməkdaşı İdris Hüseynzadə, Qətərin Azərbaycan Respublikasındakı səfiri Faisal bin Abdullah Hamad Abdullah Al-Hanzab, BDU-nun rektoru Elçin Babayev, Qətər Universitetinin prezidenti Həsən Raşid Əl-Dirhəmi, Qətər Universitetinin elmi tədqiqat, magistr və doktorant tələbələr üzrə vitse-prezidenti Mariam Al-Maadeed, tələbə işləri üzrə vitse-prezidenti Eiman Mustafavi, Beynəlxalq əlaqələr ofisinin direktoru Cesar Wazen, BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov iştirak ediblər.

Qonaqları salamlayan rektor Elçin Babayev qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq görüşün gələcəkdə həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini bildirib. BDU-nun beynəlxalq əlaqələrindən, dünyanın müxtəlif təhsil və elm ocaqları ilə birlikdə yerinə yetirilən proqramlar haqqında danışan E.Babayev Azərbaycanla Qətər arasında olan dostluq əlaqələrindən də söz açıb, qarşılıqlı mübadilələrin yüksək səviyyədə həyata keçiriləcəyindən əminliyini ifadə edib. BDU-da tələbələrin, doktorantların bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradıldığını qeyd edən rektor ümumiyyətlə ölkəmizdə son illər elm-təhsil sahəsində görülən işlərdən, nailiyyətlərdən də söz açıb. Şərqşünaslıq fakültəsinin ərəb dili ixstisasında yüksəkixtisaslı kadr potensialının hazırlandığına diqqət çəkərək, gələcəkdə Qətər Universiteti ilə bu sahədə əməkdaşlıq, ikili diplom, birgə elmi layihələrin həyata keçirilməsi perspektivlərindən bəhs edib.

Səfir Rəşad İsmayılov və səfir Faisal bin Abdullah Hamad Abdullah Al-Hanzab iki ölkə arasında inkişaf etməkdə olan əlaqələrdən, həmçinin elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərindən danışıblar.

Qətər Universitetinin prezidenti Həsən Raşid Əl-Dirhəmi, Beynəlxalq əlaqələr ofisinin direktoru Cesar Wazen da öz növbələrində təmsil etdikləri Universitetin nailiyyətlərindən danışıb və birgə layihələrin gerçəkləşdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Görüşdə təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, birgə fəaliyyətin genişləndirilməsinin, elmi tədqiqatların aparılmasının əhəmiyyəti qeyd olunub.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024