BDU ilə Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

21/05/2021

Bakı Dövlət Universiteti (BDU) və Q.V.Plexanov adına Rusiya İqtisad Universiteti (RİU) arasında əməkdaşlıq sazişi imzalanıb.

RİU-nun Elmi Şurasının onlayn formatda təşkil olunan iclasında Rusiyada işgüzar səfərdə olan və RİU-nun məzunu olmuş Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyəti, Rusiya Federasiyası elm və ali təhsil nazirinin müavini Natalya Boçarova, BDU-nun rektoru Elçin Babayev, RİU-nun rektoru İvan Lobanov iştirak ediblər.

RİU-nun Elmi Şurasının qərarı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin fəxri doktoru adı verilib, diplom və mantiya ona təqdim edilib. Baş nazir Əli Əsədov RİU Elmi Şurasının iclasında çıxış edib.

BDU-nun rektoru Elçin Babayev çıxışında ali təhsil ocaqları arasında münasibətlərin də, xalqlar arasındakı münasibətlər kimi ortaq dəyərlər üzərində vüsət tapdığını vurğulayıb. Mədəni-humanitar sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən BDU rektoru bu istiqamətdə təhsil sahəsinin də aparıcı rola malik olduğunu qeyd edib. Daha sonra BDU-nun keçdiyi tarixi yola nəzər salaraq, universitetin yeni mərhələdə inkişafının məhz Ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.

Rektor Elçin Babayev çıxışının sonunda imzalanan müqaviləyə böyük ümid bəslədiyini qeyd edərək, bunun universitetlərimizdə iqtisadiyyat və digər ixtisaslaşmaların inkişafına müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

RİU-nun rektoru İvan Lobanov öz çıxışında BDU rektoruna təşəkkürünü  bildirirərək, hər iki ali məktəb arasındakı əməkdaşlığa xüsusi önəm verdiklərini bildirib.

İmzalanan saziş çərçivəsində hər iki universitet birlikdə elmi tədqiqatların aparılması və birgə innovativ fəaliyyətin həyata keçirilməsi, təhsil proqramlarının, xüsusən tələbə mobilliyi proqramlarının işlənilib hazırlanması, birgə seminar, konfrans, simpozium və digər tədris və elmi tədbirlərin keçirilməsi barədə razılığa gəliblər.

Sonda ali məktəb rəhbərləri əməkdaşlığa dair sazişi imzalayıblar.

Xəbərlər

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub

BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub
23/04/2024

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır

BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır
23/04/2024

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”

BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu”
23/04/2024