BDU ilə Radiasiya Problemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb

01/05/2012

Bu gün Bakı Dövlət Universiteti ilə AMEA-nın Radiasiya Problemləri İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov imzalayıblar. Akademik Abel Məhərrəmov memorandumun əhəmiyyətindən danışıb. Prezident İlham Əliyevin iqtisadi potensialı intellekt kapitalına çevirmək istiaqmətində qarşıya qoyduğu vəzifələrdən bəhs edən rektor dünyada enerji ölkəsi kimi tanınan Azərbaycanın yaxın gələcəkdə nüvə ölkəsi olması istiqamətində atılan addımlardan da söz açıb. Bu baxımdan imzalanacaq memorandumun rolunun xüsusi olacağını qeyd edib.

AMEA-nın müxbir üzvü Adil Qəribov Radiasiya Problemləri İnstitutunun fəaliyyətindən, MAQATE ilə işbirliyindən danışıb. O memorandumun kağız üzərində qalmayacağını və BDU-nun potensialından yararlanaraq daha mühüm işlər görüləcəyinə ümid etdiyini bildirib.

İmzalanmış memorandumda tərəflər aşağıdakı prinsiplər haqqında razılığa gəliblər:

  • Nüvə fizikası və texnologiyası, radiasiya materialşünaslığı, radiasiya kimyası, nüvə və radiasiya təhlükəsizliyi, nanotexnologiya, radioekologiya, radiobiologiya və qarşılıqlı maraq doğuran digər innovasiya istiqamətlərində elmi-tədqiqat və kadr hazırlığı sahəsində birgə iştirak;
  • Elmi-tədqiqat və kadr hazırlığı sahəsində Bakı Dövlət Universiteti və AMEA-nın Radiasiya Problemləri İnstitutunun maddi-texniki bazasından və kadr potensialından birgə istifadə;
  • Elmi işçilərin, doktorant və tələbələrin müvafiq fakültələrdə, kafedralarda və elmi-tədqiqat laboratoriyalarında təcrübə və staj keçməsinin təşkili;
  • Yeni texnika və texnologiyaların mübadiləsi;
  • Birgə elmi simpozium, seminar və konfransların təşkili;
  • Qarşılıqlı maraq doğuran beynəlxalq və yerli layihə və proqramlarda birgə iştirak;
  • Müvafiq ixtisas sahələri üzrə birgə elmi əsərlərin çap edilməsi, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin yazılması.

Mətbuat və informasiya şöbəsi, 01 may 2012-ci il.

Xəbərlər

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov

Görkəmli alim, tədqiqatçı və pedaqoq - Şirməmməd Hüseynov
17/12/2025

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək

BDU Çinin Anhui Kənd Təsərrüfatı Universiteti ilə əməkdaşlıq edəcək
17/12/2025

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib

BDU Çinin Hefei şəhərindəki Anhui Universitetində Azərbaycan mədəniyyəti tədbiri keçirib
17/12/2025