BDU ilə İstanbul Universiteti arasında Mövlanə mübadilə protokolu imzalanıb

24/08/2021

Bakı Dövlət Universiteti ilə Türkiyənin nüfuzlu ali məktəblərindən olan İstanbul Universiteti arasında Mövlanə mübadilə proqramı çərçivəsində protokol imzalanıb. Mövlanə beynəlxalq müəllim-tələbə mübadilə proqramı tələbələrə Türkiyənin müxtəlif universitetlərində tədris alma imkanı verməklə yanaşı, müəllimlərə də tədris prosesində iştirak etmək şansı yaradır. İmzalanan protokol tələbə və professor-müəllim heyətinin mübadiləsini, ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdə tutur.

Qeyd edək ki, əsası 1453-ci ildə Fateh Sultan Mehmed tərəfindən əsası qoyulan Universitet 1846-cı ildə Avropa təcrübəsinə əsaslanaraq yenidən formalaşdırılıb. 1933-cü ildən bugünkü adı ilə fəaliyyət göstərən Türkiyənin ilk və nüfuzlu ali təhsil ocağı olan İstanbul Universitetində hazırda 17 fakültə (Tibb, Hüquq, Ədəbiyyat, İqtisadiyyat, Diş həkimliyi, Siyasi elmlər, İdarəçilik, İlahiyyat, İncəsənət, İqtisadiyyat və idarəetmə, İnformasiya və kommunikasiya, Memarlıq və s), 12 institut, 2 kollec,  2 peşə məktəbi və 77 elmi araşdırma mərkəzi fəaliyyət göstərir. Eyni zamanda, sözügedən universitetdə ikili ixtisas proqramları üzrə təhsil də həyata keçirilir. Universitetdə 70 000 mindən çox tələbə təhsil alır. Universitetin iki məzunu Nobel mükafatı laureatıdır. İstanbul Universiteti QS dünya universitetləri reytinqində 801-1000-ci yerdə qərarlaşıb.

 

 

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026