BDU ilə “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş

26/01/2024

Bakı Dövlət Universiteti (BDU) ilə “Times Higher Education” (THE) Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri arasında görüş keçirilib.

BDU-nun rektoru Elçin Babayevin, THE Beynəlxalq Reytinq Agentliyinin qlobal məsələlər üzrə rəhbəri Phil Batinin, Böyük Britaniya və Avropa üzrə kommersiya direktoru Laçın İtalmazovanın, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq layihələrin idarə olunması sektorunun müdiri Zülfiyyə Şəfiyevanın iştirak etdiyi görüşdə reytinqlərin əhəmiyyəti vurğulanıb və BDU-da müvafiq istiqamət üzrə görülən işlərə dair geniş məlumat verilib. Daha sonra isə THE Beynəlxalq Reytinq Agentliyinin nümayəndələri ünvanlanan sualları cavablandırıblar.

Qeyd edək ki, BDU Azərbaycanda “Times Higher Education” dünya universitetləri reytinqi (WUR), eləcə də “Times Higher Education Subject Ranking” siyahısında yer alan yeganə universitetdir. Belə ki, BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub.

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026