BDU ilə “Times Higher Education” reytinq təşkilatı arasında onlayn görüş

17/10/2023

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları ilə dünyanın ən nüfuzlu reytinq təşkilatı hesab olunan “Times Higher Education” arasında görüş baş tutub. Görüşün məqsədi BDU-da cari ildə müvafiq istiqamətdə görülmüş işlərə dair qarşılıqlı müzakirələrin aparılmasıdır. Görüşdə rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Rauf Həsənov, Monitorinq, təhlil və akkreditasiya şöbəsinin müdiri Pərvanə Mövsümova iştirak ediblər.

Görüşdə reytinq agentliyinin nümayəndəsi tərəfindən BDU-nun əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, BDU Azərbaycanda “Times Higher Education” dünya universitetləri reytinqi (WUR), eləcə də “Times Higher Education Subject Ranking” siyahısında yer alan yeganə universitetdir. Belə ki, BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə 1001+ mövqelərini tutub.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026