BDU ilə Türkiyənin Qafqaz Universiteti arasında Mövlanə mübadilə protokolu imzalanıb
18/03/2021
Bakı Dövlət Universiteti ilə Türkiyənin nüfuzlu universitetlərindən olan Qafqaz Universiteti arasında Mövlanə mübadilə proqramı çərçivəsində Mövlanə mübadilə protokolu imzalanıb. Protokol tələbə və professor-müəllim heyətinin mübadiləsini, ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdə tutur.
Qeyd edək ki, 1992-ci ildə əsası qoyulmuş Qafqaz Universitetində 20.000 tələbə təhsil alır. 11 fakültə (Diş həkimliyi, Dədə Qorqud tədrisi, Fənn-ədəbiyyat, İncəsənət, İqtisadiyyat və idarəetmə, İlahiyyat, Mühəndislik və memarlıq, Sağlıq bilimləri, Turizm, Tibb, Baytarlıq), 3 institut (Sosial elmlər, Fənn elmləri və Sağlıq elmləri) və 18 araşdırma mərkəzinin fəaliyyət göstərdiyi Qafqaz Universitetində 900-ə yaxın akademik heyət çalışır.
Xəbərlər
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
