BDU ilə Van Yüzüncü Yıl Universiteti memorandum imzalayıb

13/09/2018

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battalla görüşüb. Universitetin beynəlxalq əlaqələrindən, Türkiyə ali təhsil ocaqları ilə əməkdaşlıqdan bəhs edən rektor Abel Məhərrəmov, eyni zamanda, Mövlanə mübadilə proqramı çərçivəsində görülən işləri, müəllim-tələbə mübadiləsini yüksək dəyərləndirib. Elm, təhsil sahəsində qardaş ölkənin universitetləri ilə birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayan rektor Abel Məhərrəmov bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışıb.

Van Yüzüncü Yıl Universitetinin rektoru, professor Peyami Battal, öz növbəsində Bakı Dövlət Universitetində olmaqdan  məmnunluğunu ifadə edib və bu ali təhsil ocağı ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.

Universitetlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində aparılan müzakirələrdən sonra anlaşma memorandumu imzalanıb. Memorandumda birgə əməkdaşlıq, müəllim və tələbələrin təcrübə mübadiləsi, konfrans və simpoziumların keçirilməsi kimi məsələlər öz əksini tapıb.

Qeyd edək ki, 1982-ci ildə təsis edilən Van Yüzüncü Yıl Universitetinin 17 fakültəsi, 5 institutu, 4  məktəbi, 1 konservatoriyası, 43 tədqiqat mərkəzi var.

Mətbuat və informasiya şöbəsi, 13 sentyabr 2018-ci il.


Xəbərlər

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub
09/06/2026

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

BDU-nun Biologiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində
09/06/2026

Misirin Azərbaycandakı səfiri BDU-da

Misirin Azərbaycandakı səfiri BDU-da
09/06/2026