BDU ilə Vilnüs Universiteti arasında ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb

22/12/2021

Bakı Dövlət Universiteti (BDU) və Litvanın Vilnüs Universiteti arasında magistratura pilləsi üçün ikili diplom proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq müqaviləsi hüquq sahəsində ali təhsilin ixtisaslaşdırılmış sahələrinin yaradılması ehtiyacını əsas götürərək, hüquq ixtisasının peşəkar səviyyədə və yüksək səriştə ilə tədris olunmasını, habelə, sözügedən sahənin cəmiyyətdə aktuallığını nəzərə alaraq BDU-nun Hüquq fakültəsi ilə Litvanın Vilnüs Universitetinin Hüquq fakültəsinin magistratura pilləsində insan hüquqları sahəsində ikili diplom proqramı üzrə kadr hazırlığını nəzərdə tutur.
Universitetlərarası münasibətlərin perspektivləri barədə aparılan əməkdaşlığın nəticəsi olaraq Bakı Dövlət Universiteti və Vilnüs Universiteti arasında imzalanan müqavilə məzunların ölkələrası əməkdaşlığın müxtəlif sahələrinin inkişafına töhfələr verəcək.
Müqavilədə insan hüquqları sahəsində ikili diplom proqramı üzrə birgə kadr hazırlığı məqsədilə ikili diplom proqramının həyata keçirilməsi öz əksini tapıb.
Müqaviləni BDU-nun rektoru Elçin Babayev və Vilnüs Universitetinin rektrou Rimvydas Petrauskas imzalayıb.

Xəbərlər

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb

BDU-nun Hüquq Klinikasının ilk ödənişsiz hüquqi yardım kampaniyası başa çatıb
18/05/2026

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da

Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tələbələri BDU-da
18/05/2026

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya

BDU-da “ASAN müraciət” informasiya sistemi barədə infosessiya
18/05/2026