BDU ilə Özbəkistanın Buxara Dövlət Tibb İnstitutu arasında əməkdaşlıq daha da genişlənir

04/12/2025

Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Əbu Əli İbn Sina adına Buxara Dövlət Tibb İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Laziz Niyazov ilə görüş olub.

Görüşdə BDU ilə Buxara Dövlət Tibb İnstitutu arasında bu ilin mayında imzalanmış anlaşma memorandumunun icrası istiqamətində planlaşdıran işlərə dair fikir mübadiləsi aparılıb.

BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov bu memorandumun akademik əməkdaşlığı daha da gücləndirdiyini qeyd edib. Xüsusilə müəllim-tələbə mübadiləsi, elmi-pedaqoji əlaqələrin qurulması, birgə elmi tədqiqatların aparılmasının hər iki ali məktəbin və bütövlükdə ölkələrimizin inkişafına xidmət etdiyini bildirib.

Buxara Dövlət Tibb İnstitutunun beynəlxalq əlaqələr üzrə prorektoru Laziz Niyazov da memorandum çərçivəsində biologiya, kimya, informatika, əczaçılıq, xüsusilə də genetika sahələrində birgə elmi tədqiqatların aparılması üçün konkret təkliflərini diqqətə çatdırıb.

Tərəflər birgə fəaliyyətin gələcəkdə daha yüksək səviyyəyə çatdırılacağına əminliklərini ifadə ediblər.

 

Xəbərlər

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyət istiqamətləri genişləndirilir
22/09/2026

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq
22/09/2026

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib

BDU Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
22/09/2026