BDU ilə Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb

30/04/2026

Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Özbəkistanın İnnovasiya Texnologiyaları Universitetinin rektoru Anvar Azamov imzalayıblar.

Memorandumda hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur.

Sənəddə elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramların, tədris planları və sillabusların işlənməsi, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də öz əksini tapıb.

Qeyd edək ki, əsası 2022-ci ildə qoyulmuş Özbəkistanın İnnovasiya Texnologiyaları Universiteti ölkənin nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunur.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026