BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

27/10/2026

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Respublikasının Termez Dövlət Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Termez Dövlət Universitetinin rektoru Abdukodir Toshkulov imzalayıblar.

Memorandum iki universitet arasında akademik əlaqələrin genişləndirilməsi, elmi əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinin inkişafı baxımından əhəmiyyət daşıyır.

Memorandumda hər iki universitetdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsi, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kurs və təlimlərin təşkili, eləcə də birgə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

Sənəddə elmi jurnallarda birgə nəşrlərin hazırlanması, ortaq akademik proqramlar, tədris planları və sillabusların tərtib edilməsi, akademik və inzibati heyət, tələbə, magistrant, doktorant və tədqiqatçılar arasında mübadilənin təşkili kimi əməkdaşlıq istiqamətləri də əksini tapıb.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026