BDU Çinin Minzu Universiteti ilə Anlaşma Memorandumu imzaladı

10/06/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Çinin Minzu Universitetinin prorektoru Song Minin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Akademik Abel Məhərrəmov nümayəndə heyətinə universitet haqqında məlumat verib. Çinin Minzu Universitetinin prorektoru Song Min öz növbəsində təmsil etdiyi universitet haqqında danışıb və BDU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Qarşılıqlı maraq doğuran görüşün sonunda universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb.
Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırmaq məqsədilə təcrübə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər əks olunub. Bundan başqa birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak da nəzərdə tutulub.
Görüşdən sonra qonaqlar tədris və elmi-tədqiqat laboratoriyalarında olublar.

Mətbuat və İnformasiya şöbəsi, 10 iyun 2013-cü il.


Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026