BDU Çinin Tianjin Universiteti ilə əməkdaşlığa başlayır

05/03/2026

Bakı Dövlət Universiteti (BDU) və Çin Xalq  Respublikasının (ÇXR) Tianjin Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Tianjin Universitetinin prezidenti  Liyuan Chai imzalayıb.

Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Əsası 1895-ci ildə qoyulmuş Tianjin Universiteti ÇXR-in nüfuzlu universitetlərindən biridir. Tianjin Universiteti QS reytinqində 2026-cı il üzrə 257-ci, Asiya universitetləri reytinqində 51-ci, “Times Higher Education” (THE) reytinqində isə 201-250-ci pillələrdə qərarlaşır.

 

Xəbərlər

BDU “THE World University Rankings 2027”də yer alıb

BDU “THE World University Rankings 2027”də yer alıb
30/09/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş

BDU-da “FUTURE17 SDG Challenge” proqramının iştirakçıları ilə ilk görüş
30/09/2026

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
30/09/2026