BDU jurnalistlər üçün «100 ilin zirvəsində» adlı müsabiqə elan edir

25/07/2019

Bakı Dövlət Universiteti 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri arasında «100 ilin zirvəsində» adlı xüsusi müsabiqə elan edir.
Müsabiqəyə BDU ilə bağlı bütün janrlarda yazılar qəbul olunur.

Müsabiqənin müddəti: 1 avqust – 1 oktyabr 2019-cu il.

Müsabiqənin şərtləri:

-Materiallar yeni və orijinal olmalı;
-Müsabiqə elan olunduqdan sonra qəzet, jurnal və ya internet portallarında dərc edilməli;
-Materiallarda “Bakı Dövlət Universitetinin “100 ilin zirvəsində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalı;
-Çap olunduqdan sonra press-service@bsu.edu.az elektron ünvanına mövzu yerində “100 ilin zirvəsində” qeydi edilməklə və yaxud birbaşa BDU Mətbuat və informasiya şöbəsinə təqdim edilməlidir.

Qeyd:

Yazı müəllifi kütləvi informasiya vasitəsində çalışmalıdır.
Qurumların mətbuat xidmətlərinin əməkdaşları da müsabiqədə iştirak edə bilərlər.
Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də verilməsi şərt deyil.

Mükafatlandırma:

Mükafatlandırma mərasimi BDU-nun 100 illik yubiley tədbirləri çərçivəsində keçiriləcək.

1-ci yer – 1000 manat (1 nəfər)
2-ci yer – 500 manat (2 nəfər)
3-cü yer – 300 manat (3 nəfər)
Hər biri 200 manat olmaqla 5 həvəsləndirici mükafat.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026