BDU jurnalistlər və məzunları üçün elan etdiyi müsabiqələrin nəticələrini açıqlayıb

25/11/2019

Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq universitetin öz məzunları üçün “BDU Xatirələrdə” və KİV nümayəndələri arasında elan etdiyi “100 ilin zirvəsində” adlı müsabiqənin nəticələri açıqlanıb.

Yazılar universitet nümayəndələrinin və bəzi KİV rəhbərlərinin təmsil olunduğu Münsiflər heyəti tərəfindən qiymətləndirilib.

KİV nümayəndələri arasında elan edilmiş “100 ilin zirvəsində” adlı müsabiqədə 1-ci, 2-ci və 3-cü yerin ümumilikdə altı nəfər qalibi müəyyənləşib. Digər 4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov “Bu universitet bir palıd ağacına oxşar ki...” adlı yazısına görə 1-ci yerə layiq görülüb. RealTV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızı “Mənim Universitet xatirələrim” və Lent.az saytının xüsusi müxbiri Səbuhi Məmmədli “Güllələnən 4 rəhbər, Uruqvaydan məktub, Moskvaya qəfil teleqram” adlı yazılarına görə 2-ci, Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova “Mənim doğma universitetim”, “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva “Əsrin zirvəsində parlayan elm ocağı” və “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Aqşin Şahinoğlu “Azərbaycan təhsilinin flaqmanı. İlk milli universitetimiz 100 yaşında” adlı yazılarına görə 3-cü yerin qalibi olublar.

1-ci yerin qalibinə 1000, 2-ci yerin qaliblərinin hər birinə 500, 3-cü yerin qaliblərinə isə 300 manat pul mükafatı və universitetin xüsusi diplomu nəzərdə tutulub.

Azərbaycan radiosunun əməkdaşı Zaur Rzayev “İllərin tarixi” adlı radioverilişinə, “İqtisadiyyat” qəzetinin əməkdaşı Mətanət Hüseynova “BDU 100 ilin zirvəsində”, Məktəbguşəsi.az saytının əməkdaşı Orxan Qəriman “Sarsılmaz məbəd – Bakı Dövlət Universiteti 100” və müstəqil jurnalist Aytəkin Alxaslı “Müqəddəs məkanım mənim” adlı yazılarına görə 200 manat mükafatı və universitetin xüsusi diplomuna layiq görülüblər.

Bundan əlavə, müsabiqəyə yazı təqdim edən Jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi, “Olimpiya dünyası” qəzetinin əməkdaşı Kənan Novruzov “100 ilin zirvəsində”, Heydər Əliyev adına liseyin 10-cu sinif şagirdi Nuray Məmmədli isə “Qovuşacağımız günə az qaldı” yazılarına görə fərqləniblər.

Münsiflər heyəti, eyni zamanda, Bakı Dövlət Universitetinin məzunları arasında elan edilmiş “BDU Xatirələrdə” müsabiqəsinin qaliblərini də müəyyən edib. 1-ci yerə Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2002-ci il məzunu, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Cəmilə Musayeva,  2-ci yerə Tarix fakültəsinin 2007-ci il məzunu, Türkiyə Respublikası, Diyarbəkir Əmniyyət Müdürlüyü Güvənlik Şöbə Müdürlüyünü əməkdaşı İbrahim Karataş, 3-cü yerə isə Jurnalistika fakültəsinin 1994-cü il məzunu, “Paralel” qəzetinin əməkdaşı Nigar Vaqifqızı layiq görülüblər.

Qaliblərdən bəzilərinin yazısı “Bakı Universiteti” qəzetinin “BDU-100” xüsusi buraxılışında dərc olunub.

Qaliblər xüsusi tədbirdə mükafatlandırılacaqlar.

 

Xəbərlər

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev

Ən böyük azərbaycanlı – Ümummilli Lider Heydər Əliyev
12/12/2024

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

BDU kollektivi Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12/12/2024

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
12/12/2024